"Qalatasaray"ın hücumçusu Mauro İkardi "Antalyaspor"la matçda vurduğu qolla adını klubun tarixinə yazıb.

Offsideplus.az xəbər verir ki, matçın 67-ci dəqiqəsində meydana daxil olan İkardi 90+3-cü dəqiqədə yekun hesabı müəyyən edən qolu vurub.

 

"Qalatasaray"la liqada 59 qola imza atan argentinalı ulduz klub əfsanəsi Corc Haqinin "Qalatasaray"ın ən çox qol vuran əcnəbi oyunçusu kimi rekorduna çatıb.

 

Qeyd edək ki, Super Liqasının 11-ci həftəsində baş tutan "Qalatasaray" - "Antalyaspor" matçı “sari-qırmızıar”ın  4-1 hesablı qələbəsi ilə yekunlaşıb.