ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
13 dekabr axşamı Təl-Əvivdə təxminən min hökumət əleyhinə etirazçı mitinq keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat verib.
"Biz tərbiyə aldığımız yəhudi və İsrail dəyərlərinə əsaslanırıq və bu gün mübarizə aparırıq, çünki Ran Qvili hələ də Qəzzadadır", - deyə Çəhrayı Cəbhə etiraz hərəkatının lideri Kalanit Şaron bildirib.
Çıxışından sonra nümayişçilər dövlət himnini oxuyub və "Silahlı Qardaşlar" təşkilatının lideri Ron Şarafın çıxışını dinləyiblər. O, təhsil naziri Yoav Kiş tərəfindən elan edilən Emek Heferdəki bir məktəbdə mühazirəsinin qadağan edilməsinə münasibət bildirib.
"Sizcə, onlar bizim şagirdlərlə ünsiyyət qurmağımıza mane olacaqlar? Onlar bir qapını bağlayacaqlar, biz isə 50 qapını açacağıq", - deyə o bildirib.
Şərəf hökumət əleyhinə nümayişçilərin "İsrail Dövlətinin kimliyi və mövcudluğu uğrunda mübarizə apardıqlarını" vurğulayıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.