
ABŞ administrasiyası Suriyada iki amerikalı hərbçi və bir tərcüməçinin öldürülməsinə cavab olaraq İŞID-a qarşı hərbi tədbirlər görəcək.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında bildirib. O qeyd edib ki, Suriyada ABŞ-a qarşı İD hücumu baş verib. “Cavab çox ciddi olacaq. Bu, pusqu hücumu idi” - deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa hücumdan son dərəcə narahat və hiddətlidir. Trampın sözlərinə görə, daha üç amerikalı hərbçi yaralanıb və vəziyyətləri stabildir.
Qeyd edək ki, Pentaqon məlumat yayaraq iki amerikalı hərbçinin və bir ABŞ tərcüməçisinin Suriyanın Homs vilayətinin mərkəzində yerləşən Palmira yaxınlığında öldürüldüyünü bildirib.