RU

Neymar “Santos”da qalmağa yaxındır

Neymar gələcəyi ilə bağlı hələ yekun qərarını verməyib.

Apasport.az xəbər verir ki, “Santos” klubu 33 yaşlı vingerə yeni müqavilə təklif edib.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi təcrübəli futbolçunun çıxışından razıdır. Neymar isə 2026-cı il dünya çempionatı ərəfəsində yaxşı formada qalmaq üçün komandada qalmağa müsbət yanaşır.

Ulduz futbolçunun yaxın vaxtlarda yekun qərarını açıqlayacağı bildirilir.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində keçirdiyi 28 rəsmi matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Qalatasaray"dan inamlı qələbə

"Borussiya" ulduz futbolçusuna 50 milyon avro qiymət qoyub

Mbappe PSJ-yə qarşı məhkəməni uduzdu, xərcləri ödəməlidir

“Real”ın hücumçusu Fransa klubuna keçəcək

“Beşiktaş”ın Trabzonspor derbisi üçün heyəti açıqlanıb – Rafa Silva siyahıda yoxdur

Избранный
46
2
apasport.az

3Источники