Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin vəbir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.
Trend-inməlumatına görə, Tramp itkilərə görə dərin kədər hissi keçirdiyinibildirib və yaralanan üç ABŞ əsgəri üçün dua etdiyini qeydedib.
“Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tamnəzarətində olmayan ərazidə ABŞ-a və Suriyaya qarşı İŞİD tərəfindənhəyata keçirilmiş hücum idi. Suriya Prezidenti Əhməd əl-Şara buhücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavabtədbirləri görüləcək”, – deyə ABŞ Prezidenti əlavə edib.