RU

Suriyada ABŞ hərbçilərinə silahlı hücum- Ölənlər var

Suriyanın Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinə qarşı silahlı hücum baş verib.Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində iki ABŞ hərbçisi və bir amerikalı tərcüməçi həlak olub, daha üç hərbçi yaralanıb.

Hücumun İŞİD yaraqlısı tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücumçu cavab atəşi nəticəsində zərərsizləşdirilib.

Pentaqon nümayəndəsi qeyd edib ki, həlak olanların şəxsiyyəti yaxın qohumlarına məlumat verildikdən sonra açıqlanacaq. Yaralı hərbçilərin vəziyyətinin isə stabil olduğu bildirilir.

Məlumata görə, ABŞ-nin hərbçiləri həmin bölgədə İŞİD terrorçularına qarşı əməliyyatlara dəstək göstərirdi. Pentaqon rəsmisi Palmirada nə baş verdiyi barədə ətraflı məlumat verməyib və bildirib ki, hazırda istintaq aparılır.

Избранный
44
5
anews.az

6Источники