RU

PSJ-nin Qitələrarası Kubokun finalında kiminlə oynayacağı bəlli olub

UEFA Çempionlar Liqasının hazırkı çempionu “Pari Sen-Jermen” 2025-ci il FIFA-nın Qitələrarası Kubokunun finalında Braziliya təmsilçisi “Flamenqo” ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, yarımfinalda braziliyalılar Afrika Çempionlar Liqasının qalibi olan Misirin “Piramidz” komandasını 2:0 hesabı ilə məğlub ediblər.

24-cü dəqiqədə müdafiəçi Leo Pereyra “Flamenqo”nu hesabda irəli çıxarıb. 52-ci dəqiqədə “Yuventus”un keçmiş müdafiəçisi Danilo komandasının üstünlüyünü ikiqat artırıb.

Daha əvvəl, dörddəbir finalda “Flamenqo” Meksika klubu “Krus Asul”u (2:1) məğlub etmişdi.

Turnirin qalibi 17 dekabrda keçiriləcək final matçında müəyyənləşəcək.

İdman.Biz

Избранный
52
1
idman.biz

2Источники