Qeyd olunur ki, Roskosmos bu danışıqları təşəbbüsü Rusiya Xarici İşlər Nazirliyi və bir neçə digər federal icra hakimiyyəti orqanı ilə əlaqələndirərək təklif edib.
Avqustun əvvəlində bildirilib ki, Roskosmosun baş direktoru Dmitri Bakanov ABŞ-a səfəri zamanı NASA rəhbərliyi ilə Rusiyanın "Proqress" yük gəmilərindən istifadə edərək Beynəlxalq Kosmik Stansiyanı orbitdən çıxarmaq və sonradan onu Sakit Okeana endirmək barədə müzakirə apara bilər.
Bundan əvvəl NASA administratoru vəzifəsini icra edən Şon Daffi Roskosmosla dialoqun davam etdirilməsini təsdiqləyib.
Əli Babayev