RU

İnnabın faydası və zərərləri

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

İnnab (Ziziphus jujuba) 3.000 ildən çoxdur ki, insanlar tərəfindən istehlak edilir və ənənəvi tibbdə geniş istifadə olunur. Lif və antioksidant baxımından zəngin, aşağı kalorili olan bu meyvə, bəzən "qırmızı xurma" adlandırılsa da, həmişə qırmızı rəngdə olmur. Təzə vaxtı yaşıl-qəhvəyi tonlarda olan innab, yetişdikcə tünd qəhvəyi rəng alır və yüngül şirin, alma-xurma aromalıdır.

Milli.Az innabın tərkibi və qida dəyərini təqdim edir:

Kalori: 79 kcal

Zülal: 1,2 q

Kalsium: 21 mg

Maqnezium: 10 mg

Fosfor: 23 mg

Kalium: 250 mg

C vitamini: 69 mg

A vitamini: 40 IU

İnnab bir çox sağlamlıq problemlərində istifadə olunur:

Yuxusuzluq, stress və narahatlıq

Qarın ağrısı, qaz sancısı, qəbizlik kimi həzm problemləri

Halsızlıq və yorğunluq

Qrip, soyuqdəymə və viral infeksiyalar

Dəri qıcıqlanmaları və infeksiyalar

Yüksək qan təzyiqi və qan dövranı problemləri

Yüksək qan şəkəri

İnnab meyvəsi həm təzə, həm də qurudulmuş şəkildə yeyilə bilər. Bundan əlavə, çay, şərbət və şirniyyatlara əlavə edilərək də istifadə olunur.

İnnabın faydaları:

Yuxusuzluq və stressi azaltmağa kömək edir.

Pankreas hüceyrələrini stimullaşdıraraq insulin istehsalını artırır.

Dəri infeksiyalarının və yaraların sağalmasını sürətləndirir.

Hüceyrələri yeniləyir və sərbəst radikallardan qoruyur.

Dolaşımı yaxşılaşdırır, xolesterolu azaldır və qaraciyəri dəstəkləyir.

Lifli quruluşu sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.

İnnab çayı, mukus ifrazını azaldaraq qrip və soyuqdəymənin təsirlərini yüngülləşdirir.

İnnab əks təsirləri nadirdir. Meyvə allergiyası olan şəxslər istisna olmaqla, normal miqdarda istehlak edildikdə ciddi reaksiyalar yaratmır.

Sağlamlıq problemləri olan və ya dərman qəbul edən şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir, xüsusilə depressiya, anksiyete, təzyiq və ürək xəstəlikləri üçün dərman qəbul edənlər.

İnnab qan şəkərini təsir edə bildiyi üçün diabet xəstələrinin səviyyələri diqqətlə izlənməlidir.

Saponin tərkibli komponentlər bəzi dərmanlarla, o cümlədən anti-nöbet dərmanları ilə qarşılıqlı təsir göstərə bilər.

Aşırı miqdarda istehlak edildikdə nadir hallarda uyuşqunluq, ishal, iştahsızlıq, qəbizlik, şişkinlik və halsızlıq müşahidə edilə bilər.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
142
2
news.milli.az

3Источники