RU

Yaponiya Qəzzada atəşkəsə nəzarət üçün yaradılan mərkəzə mütəxəssislər göndərəcək

Bakı. Trend:

Yaponiya hökuməti Qəzza zolağında atəşkəs rejiminə nəzarət etməkməqsədilə ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzinəmülki mütəxəssislər göndərməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Qəzetin Yaponiya hökumətindəki mənbələrinə əsasən, Tokio bumərkəzin fəaliyyətində yalnız humanitar sahə üzrə iştirakedəcək.

Bildirilib ki, Yaponiyadan göndəriləcək mütəxəssislər qrupubeynəlxalq humanitar təşkilatlar və qeyri-hökumət təşkilatlarındaçalışan, infrastrukturun bərpası üzrə ixtisaslaşmış regionalekspertlərdən ibarət olacaq.

Qeyd olunub ki, hərbi-mülki koordinasiya mərkəzi atəşkəsrazılaşması əldə edildikdən sonra İsrailin cənubunda, Qəzza sərhədiyaxınlığında yaradılıb. Mərkəz Qəzzadakı vəziyyətlə bağlı real vaxtrejimində müxtəlif mənbələrdən, o cümlədən kəşfiyyat xarakterlipilotsuz uçuş aparatlarından və beynəlxalq təşkilatlardan məlumattoplayacaq.

Məlumata görə, ABŞ-ın rəhbərlik etdiyi bu mərkəzdə 40-dan çoxölkə və təşkilatın nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Избранный
137
az.trend.az

1Источники