RU

Borca görə axtarışda olan

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Избранный
54
34
senzor.az

10Источники