RU

Kökçünün komandası böyük hesabla uduzdu

style='margin-bottom:10px;'>

Niderland  Eredeviziyasında 16-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Qroningen”lə qarşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 0:3.

Oyuna start heyətdə başlayan Ozan ikinci hissənin əvvəlində əvəzlənib.

Bu nəticədən sonra “Volendam” 14 xalla 15-ci sıradadır.

Избранный
128
teleqraf.com

1Источники