RU

Avropa Zelenskinin yerinə daha bir namizəd tapdı: Kimin hara işlədiyi bəlli oldu

Avropa Kiyev meri Vitali Kliçkonun Ukrayna prezidenti olmasını istəyir.

Publika.az xəbər verir ki, bunu Portuqaliya kəşfiyyatını keçmiş analitiki və hüquqşünası Aleksandr Gerreyro deyib.

Onun sözlərinə görə, Amerika hökuməti ilə Ukrayna müxalifəti arasında əlaqələr barədə məlumatlar ortaya çıxıb və çox güman ki, Vladimir Zelenskinin vəzifədən uzaqlaşdırılması üçün kampaniya artıq başlayıb.

"Eyni zamanda, Avropa tərəfinin Vitali Kliçkonu Zelenskinin yerinə təyin etmək istədiyi də məlumdur", - deyə o bildirib.

Politoloq Dmitri Juravlyov isə “Lenta.ru”ya bildirib ki, Ukrayna prezidentliyinə potensial namizədlər arasında hazırkı prezident Vladimir Zelenski, Baş nazir Yuliya Svırıdenko , Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov var.

Избранный
63
publika.az

1Источники