ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Məşhur “Top Gear” avtomobil şousunun keçmiş aparıcısı Ceremi Klarkson Böyük Britaniyanın hakim “Leyborist” Partiyasının üzvlərinə qadağa qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.
“Bütün “Leyboristlər” Partiyasının üzvlərini öz “The Farmer’s Dog” pabıma buraxmıram. Bu, Markus Kempbelldən başqa hamıya aiddir. O, həmişə xoş qarşılanır”, – deyə aparıcı qeyd edib.
Məlumata görə, Klarkson Britaniya pab sahibləri tərəfindən başladılan Leyboristlərə qarşı kampaniyanı dəstəkləyib. Biznes sahibləri artan vergi yükündən narazı olublar.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.