RU

La Liqada oyun təxirə salındı

style='margin-bottom:10px;'>

İspaniya La Liqasının bazar gününə planlaşdırılan "Levante" - "Vilyarreal" qarşılaşması təxirə salınıb.

QOL.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. Meydan sahiblərinin rəsmi açıqlamasına görə, bölgədə gözlənilən güclü yağışlar və elan olunan qırmızı təhlükə səviyyəsi oyunun keçirilməsinə imkan verməyib.

İspaniya Kral Futbol Federasiyası mövcud vəziyyəti nəzərə alaraq matçın ertələnməsi ilə bağlı qərar qəbul edib. Qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq. Azarkeşlərin aldığı biletlər isə qüvvədə qalacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Vilyarreal" 3-cü, "Levante" isə sonuncu pillədə qərarlaşıb.

Избранный
73
1
teleqraf.com

2Источники