RU

Qusar qəzasında ölən qadınların adları AÇIQLANDI - ÖZƏL

Qusarın Yuxarı Ləyər kəndi ərazisində baş verən yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəzada sərnişinlərdən 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova ölüb.

Qəzaya uğrayan “Kia Sorento”nu 63 yaşlı Fariza Ramaldanova idarə edib.

O və 3 uşaq (Fariza Vladimirovna Ramaldanova -1966, əkizlər - Arman və Adam Qoşqar oğlu Rəhimovlar -2022, Rüstəm Qoşqar oğlu Rəhimov - 2017) Qusar rayon mərkəzi xəstəxanasında müayinə olunur.

Qəzaya uğrayanlar Bakı sakinləridirlər və bir aulənin üzvləridir.

Избранный
61
1
paralel.az

2Источники