RU

Dini düşüncəni mollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir - Vəfa Yaqublu

Bakı. Trend:

Dinlə dünyagörüşü bir-birini təkzib etmir.

Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm vəTəhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininbirgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti:pedaqoji perspektivlər” konfransında, “Gənc nəslin milli-mənəvidəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlimmodelləri” adlı panel müzakirəsində çıxışında bildirib.

Onun sözlərinə görə, din vaxtilə təhsilin inkişafına töhfəverib:

"Bizim məktəblərin rüşeymi Zərdüştlüyün təsiri ilə yaranıb. Butəsir altında Azərbaycanda təhsil mədəniyyəti formalaşıb və indikivəziyyətə çatıb. Din və dünyagörüşü bir-birini təkzib etmir.Məktəblərdə faktları öyrədərkən, onlarla birlikdə onların daşıdığıdəyərləri də öyrədirik. Dini düşüncəyə xurafat kimi yox, dinhaqqında sosioloji elm kimi yanaşmaq lazımdır. Dini düşüncənimollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir".

Избранный
141
4
az.trend.az

5Источники