"Gecə saatlarında "Volkswagen" markalı minik avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Hövsan -Yeni Suraxanı sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb".
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinistin səs siqnalı verməsi və təcili tormozlama aparmasına baxmayaraq, toqquşma qaçılmaz olub.
"ADY bir daha hərəkət iştirakçılarını kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.