Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, sözügedən kredit təşkilatları 2025-ci ilin III rübünə aid hesabatlarını təqdim etməyiblər: “Mərkəzi Bank “Stimul” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2025-ci ilin III rübünə hesabatların təqdim edilməməsi ilə bağlı icrası məcburi göstəriş verib. “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilmədiyindən, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndi rəhbər tutulmaqla, Mərkəzi Bank ittifaqdan hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim olunmasını tələb edib”. Eyni qayda ilə “Total Finans Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə də müvafiq göstəriş verilib.