“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın qışda güclənəcəyini vurğulayıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə özü açıqlama verib:
“Əlbəttə ki, maraq göstərdiklərimiz var. 18 ildir “Qarabağ”dayam. Hər il hücumçu söhbəti olur. Ola bilər ki, nə vaxtsa bir az gecikmişik. Ümumi götürsək, komandamızda həmişə yaxşı hücumçular olub. Hazırda axtarışlarımız gedir. Çalışacağıq ki, qışda 3-4 transfer edək. Bizim tələblərimiz böyüyüb. Hansı rejimdə çalışdığımızı özünüz görürsüz. Keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var”.