RU

Prezidentin general leytenant rütbəsi verdiyi Adil Abdullayev kimdir?

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

"Unikal"ın məlumatına görə, Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.

48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
118
3
unikal.az

3Источники