RU

Yerdə nüvə reaktorları yaratmaq axmaqlıqdır - İlon Mask

Bakı. Trend:

Günəş pulsuz enerji mənbəyi olduğu halda Yer üzündə termonüvəreaktorların yaradılması məntiqsizdir.

Trend xəbər verirki, bu barədə Amerikalı milyarder, “Tesla” və “SpaceX”şirkətlərinin sahibi İlon Mask öz rəmi “X” səhifəsində yazıb.

“Günəş səmada yerləşən nəhəng, pulsuz termonüvə reaktorudur. Yerüzündə xırda termonüvə reaktorları yaratmaq axmaqlığın zirvəsidir”,– deyə Mask bildirib.

O əlavə edib ki, “hətta dörd Yupiteri yandırsanız belə, Günəşinenerjisi yenə də Günəş sistemində indiyədək və gələcəkdə istehsalolunacaq bütün enerjinin demək olar ki, 100 faizini təşkil edəcək.Bu reaktorların yalnız sizin şəxsi elmi layihənizin həyatakeçirilməsinə lazım olduğunu etiraf etmirsinizsə, onda bu mənasızxırda reaktorlara pul xərcləməyi dayandırın”, – deyə o qeydedib.

Mask ilk dəfə deyil ki, Günəş enerjisinin bəşəriyyət üçünəhəmiyyətindən danışır. Belə ki, 2023-cü ildə amerikalı podkastaparıcısı və məşhur idman müxbiri Co Roqanın verlişində qonaqolarkən günəş enerjisinin ABŞ-nin bütün enerji tələbatını tamşəkildə ödəmək potensialına malik olduğunu vurğulamışdı.

Məqalədə:
Избранный
86
az.trend.az

1Источники