RU

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

Futbol üzrə Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda İmişlinin eyniadlı təmsilçisi turnir cədvəlində 16 xalla 8-ci pillədə qərarlaşıb. Yevlax klubu isə 6 xalla sonuncu – 12-ci sırada yer alıb.

Turun bağlanış oyununda “Neftçi” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”yə 2:1, “Sabah” “Turan Tovuz”a 3:1, “Kəpəz” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.

Избранный
63
2
azerbaijan-news.az

5Источники