RU

Baş nazir xəstəxanaya GETDİ: “Əhməd olmasaydı, ölənlər daha çox olardı”

Avstraliyadakı terrorçunu tərksilah edən Əhmədin fotosu yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns sosial şəbəkə hesabında məlumat yayıb.

Bazar günü Avstraliyanın Bondi çimərliyində baş verən terror aktı zamanı silahlılardan birini tərksilah edən Əhməd əl-Əhmədin fotosu yayımlanıb.

Hazırda xəstəxanada olan qəhrəman aldığı güllə yaralarına görə bədənindən güllələrin çıxarılması üçün əməliyyat olunmağı gözləyir.

Baş nazir “Facebook” hesabında Əhmədlə bağlı yazıb:

“Əhməd əsl qəhrəmandır. Onun inanılmaz cəsarəti və həyatını riskə ataraq terrorçunu tərksilah etməsi, şübhəsiz ki, saysız-hesabsız insanın həyatını xilas etdi.

Onunla görüşmək və təşəkkür etmək mənim üçün şərəf idi. Əhmədin fədakarlığı olmasaydı, itkilərimiz daha çox olardı”.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
107
interpress.az

1Источники