Donbasın ilhaqı Rusiya Prezidenti Vladimir Putinin “son məqsədi deyil”.
Editor.az xəbər verir ki, Bunu Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib. O, hesab edir ki, yeni əraziləri ilhaq etdikdən sonra Rusiya bütün Ukraynanı nəzarətə götürmək niyyətindədir: “Biz başa düşməliyik ki, əgər onlar Donbası ələ keçirsələr, qala dağılacaq və sonra mütləq bütün Ukraynanı ələ keçirməyə keçəcəklər.
Əgər Ukrayna geri çəkilərsə, digər bölgələr (Avropanın) da təhlükə altında olacaq”, – deyə Kallas Brüsseldə Aİ Xarici İşlər Nazirlərinin Görüşü başlamazdan əvvəl jurnalistlərə bildirib.
Kaja Kallas həmçinin qeyd edib ki, əgər ölkənin NATO-ya daxil olması “artıq masada deyilsə”, Aİ Ukrayna üçün yeni təhlükəsizlik zəmanətlərini nəzərdən keçirməlidir. Siyasətçi hesab edir ki, blok ölkələri Ukraynanın “özünü müdafiə edə bilməsi” üçün “real” yardım göstərməlidirlər.
//Samir Qurbanov, Editor.az