RU

General Həsən Eyyubov işdən çıxarıldı

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.

 

Pravda.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

 

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

 

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.

Tarix: 15 Dekabr 2025, 20:48   
Избранный
113
14
pravda.az

10Источники