RU

“Barselona” Kundenin əvəzinə “Borussiya Dortmund”dan Ruersonu gətirmək istəyir

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Barselona” “Borussiya Dortmund”dan Yulian Ruersonu transfer etməkdə maraqlıdır.

İdman.Biz-in Sky Sports-a istinadən məlumatına görə, kataloniyalılar müdafiəçi Jül Kunde üçün sərfəli əvəzedici axtarırlar. 28 yaşlı norveçli İspaniya klubunun hesabındadır.

Oyunçunun nümayəndələri ilə “Barselona” arasında ilkin danışıqlar artıq baş tutub. Lakin bu mərhələdə konkret heç nə edilməyib.

Ruersonun “Borussiya Dortmund”"la müqaviləsi 2028-ci ilə qədərdir. Onun yay transferinə açıq olduğu bildirilir.

Bu mövsüm Ruerson Bundesliqada 13 oyun keçirib və üç məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
79
1
icma.az

2Источники