RU

Ermənistan Əliyevin bu həmləsi ilə çalxalanır: Sərkisyan edibmiş, Paşinyan isə...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təxminən 20 min nəfərə yaxın şəxsi əhatədə edəcək amnistiya təşəbbüsü Ermənistanda böyük maraqla qarşılanıb.

Globalinfo.az bildirir ki, erməni KİV bu layihənin Azərbaycanda indiyə qədər ən böyük Amnistiya layihəsi ola biləcəyini vurğulayır.

Revanşist ekspert Voskan Sərkisyan Əliyevin bu qərarına münasibət bildirərkən məsələni Ermənistan hakimiyyətinin mövqeyi ilə müqayisə edib.

V.Sərkisyan baş nazir Nikol Paşinyanın 7 il yarımlıq səlahiyyəti müddətində heç zaman belə bir təşəbbüslə çıxış etmədiyini deyib:

“Hətta keçmiş prezident Serj Sərkisyan belə həbsxana şəraiti ilə tanış olduqdan sonra Paşinyanın azadlığa buraxılması ilə bağlı əfv qərarı vermişdi. Lakin Paşinyan artıq 7 ildən çoxdur hakimiyyətdədir, bir dəfə də olsun belə bir addım atmayıb, sənəd imzalamayıb. Buna görə Azərbaycan xalqı Əliyevi sevir”.

Azərbaycan Prezidentinin təşəbbüsü erməni cəmiyyətində təqdir edilib və müzakirələrə səbəb olub.

Sosial şəbəkənin erməni seqmentində Ermənistanda antidemokratik proseslərin dərinləşdiyi, Qərb dairələrinin buna səssiz qaldığı yazılır.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
globalinfo.az

1Источники