Avro-2024 və Amerika Kuboku-2024-ün qaliblərinin qarşılaşacağı Finalissima matçının harada keçiriləcəyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan məlumat verib.
“Finalissima adlanan bu oyun mart ayında gerçəkləşəcək. UEFA ilə məsələnin razılaşdırılmasına çox yaxınıq və rəsmi təsdiqi gözləyirik”, – deyə o bildirib.
Finalissimanın martın 27-də Qətərdə keçirilə biləcəyi bildirilir.