Bakı. Trend:
Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd binİsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizinsimanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adındanürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluqduyuram.
Bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsiikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariznümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdəinkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.
İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğunolaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuşAzərbaycan-Bəhreyn ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığınındərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra dauğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, alidövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına daiməmin-amanlıq və rifah arzulayıram".