RU

AYİB Türkiyədə "yaşıl" investisiyalara dəstək göstərir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə “yaşıl”investisiyaların dəstəklənməsi məqsədilə “Türk Ekonomi Bankası”na(TEB) 100 milyon avro məbləğində kredit ayıracaq.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

Bildirilib ki, maliyyələşmə AYİB-in Yaşıl İqtisadiyyatınMaliyyələşdirilməsi Proqramı (GEFF II) çərçivəsində həyatakeçirilir və yaşıl iqtisadiyyat layihələrinə sərmayə qoyansub-borcalanların sonrakı kreditləşdirilməsinə yönəldiləcək.

“Bu saziş TEB ilə AYİB arasında uzunmüddətli əməkdaşlıqçərçivəsində həyata keçirilən ilk ‘yaşıl’ sövdələşmədir. Eynizamanda, bu, AYİB-in maliyyə sektorunun ekoloji cəhətdən dayanıqlı,aşağı karbonlu iqtisadiyyata keçidinin dəstəklənməsi ilə bağlıstrateji məqsədinə uyğundur. GEFF proqramları iqlim investisiyalarıüçün maliyyə imkanlarının genişləndirilməsinə, yerli tərəfdaşbanklar vasitəsilə maliyyələşmənin təmininə dəstək göstərilməsinə,eləcə də biznesin enerji səmərəliliyinin artırılmasına, bərpaolunan enerji mənbələrinin tətbiqinə və karbon emissiyalarınınazaldılmasına kömək etməyə yönəlib.

TEB Türkiyədə təxminən 440 filial və 8000 əməkdaşla fəaliyyətgöstərir və pərakəndə, kommersiya və korporativ müştərilərə,həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə bank xidmətləritəqdim edir”, - məlumatda qeyd olunub.

Məqalədə:
Избранный
89
az.trend.az

1Источники