Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri ilə bağlı başlanmış cinayət təqiblərinə dair yayılan məlumatlara münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, bu məsələlərlə bağlı ictimaiyyəti çaşdırmağa yönəlmiş süni ajiotaj yaradılır:
“Elə bir görüntü formalaşdırılır ki, guya bütün dünyanın diqqəti Azərbaycana yönəlib və dünya mediası bu prosesi manşetdə saxlayır. Sosial mediada tirajlanan bu kimi xəbərlər saxtadır və heç bir reallığa söykənmir”.
Bəhruz Məhərrəmov bildirib ki, ayrı-ayrı marjinal şəxslərin həbsi siyasi məhbus anlayışı ilə əlaqələndirilə bilməz:
“Hansısa marqinal ünsürün həbsi heç bir halda siyasi əsir mahiyyəti kəsb etmir. Əksinə, cinayətkarlıqla mübarizə alqışlanmalıdır”.
Deputat vurğulayıb ki, bu həbslərin pislənməsi xarici təsirlərlə bağlıdır:
“Dünyada özünə hörmət edən hər kəs bilir ki, bu həbsləri pisləmək Rusiyanın kəşfiyyat şəbəkəsinin müdafiəsinə qalxmaq deməkdir. Yaradılan süni ajiotaj əslində AXCP-nin özünün ifşasıdır”.
O, AXCP üzvlərinə müraciət edərək Əli Kərimlinin müdafiəsi ətrafında formalaşan mövqelərin suallar doğurduğunu bildirib və qeyd edib ki, Azərbaycan əleyhinə mövqe tutmuş media qurumlarının və təsisatların bu məsələdə fəallığı diqqət çəkir.
Bəhruz Məhərrəmov çıxışında Müsavat Partiyasının üzvlərinə də xitab edib, bəzi siyasi fiqurların demokratiya anlayışı ilə təqdim olunmasını tənqid edib.
Deputat yeni siyasi partiyalar haqqında qanunun siyasi sistemin sağlamlaşması üçün imkan yaratdığını bildirib və hüquq-mühafizə orqanlarını partiyaların qeydiyyat prosedurlarının şəffaflığı məsələsini yenidən araşdırmağa çağırıb:
“Heç bir bazası olmayan qruplaşmaların hansı meyarlara əsasən qeydiyyatdan keçməsi ciddi suallar doğurur. Siyasi sistem hansısa konfiqurasiya naminə çirkləndirilməməlidir”.
Bəhruz Məhərrəmov vurğulayıb ki, hazırda Azərbaycanda nə jurnalist, nə də siyasətçi həbsdədir:
“Bu gün yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən şəxslər var və onlar qanun qarşısında cavab verməlidirlər. Qalib və müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.
Deputat son amnistiya təşəbbüsünə də toxunaraq bildirib ki, bu addım Azərbaycan dövlətinin və Prezidentinin vətəndaşlara, o cümlədən yolunu azmış şəxslərə sahib çıxdığını göstərir və ölkənin daxili işlərinə kənar müdaxilələrə ehtiyac yoxdur.
Afət ZİYADQIZI
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Dekabrın 16-da keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.