RU

“Qarabağ” Pedro Bikalyoya Braziliya klubundan təklif gəlməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Bakı, 16 dekabr, AZƏRTAC

“Qarabağ” Braziliyanın “Botafoqo” klubunun Pedro Bikalyonu transfer etmək istəməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Ağdam təmsilçisindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin komandadan braziliyalı yarımmüdafiəçi ilə bağlı hər hansı rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, mövsümün əvvəlində Braziliyanın “Palmeyras” klubundan “Qarabağ”a transfer olunan 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Избранный
140
2
azertag.az

2Источники