RU

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 1 861 ədədyalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrigətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 55,3milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 1010 ədəd və ya 35,2%, dəyər ifadəsi ilə isə 59,5 milyon ABŞdolları və ya 51,8% azdır.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,999milyard ABŞ dolları dəyərində 104 404 ədəd avtomobil idxal edilib.Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 21 478 ədəd və ya 25,9%, dəyər ifadəsi ilə 325,6 milyon ABŞdolları, yaxud da 19,5% artıb.

Dövr ərzində ölkəyə 90,6 milyon ABŞ dolları dəyərində 808 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,786 milyard ABŞdolları dəyərində 96 057 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Избранный
25
10
az.trend.az

10Источники