RU

Qərbi Azərbaycana qayıdış artıq milli ideologiyaya çevrilib

ain.az, Operativ MM portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı Hicran Hüseynova Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək Qərbi Azərbaycan İcmasının fəaliyyəti və Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsinə toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə təsis edilmiş Qərbi Azərbaycan İcmasının ilk gündən əsas məqsədi Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır və bu konsepsiya bu gün artıq Azərbaycan xalqının vahid ideologiyasına çevrilib.

Hicran Hüseynova xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində dövlət başçısı Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsində əsas məsuliyyətin dövlətin üzərinə düşdüyünü vurğulayıb və bu prosesdə bütün qurum və təşkilatların dəstəyinin vacibliyini qeyd edib.

Deputat Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Qərbi Azərbaycana qayıdışla bağlı deputatlardan ibarət parlament təşəbbüs qrupunun yaradılmasını və bu istiqamətdə parlamentdə keçirilən dinləmələri yüksək qiymətləndirib.

Hicran Hüseynova çıxışında vurğulayıb ki, mövcud qanunvericilik bazasının Qərbi azərbaycanlıların hüquqları baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac var:

“Xüsusilə 20 ildən artıq əvvəl qəbul olunmuş qaçqın və məcburi köçkünlər, miqrasiya və digər müvafiq qanunların deportasiya, etnik təmizləmə və soyqırımı qurbanı olan Qərbi azərbaycanlıların hüquqları prizmasından ekspertiza olunması zəruridir”.

Deputatın sözlərinə görə, Milli Məclisdə mövcud olan təcrübəli ekspertlər, beynəlxalq hüquq üzrə mütəxəssislər və Qayıdış üzrə parlament təşəbbüs qrupunun birgə fəaliyyəti bu məsələnin hüquqi tənzimlənməsi sahəsində mühüm nəticələr əldə etməyə imkan verəcək.

O, həmçinin bildirib ki, bu istiqamətdə görüləcək işlər beynəlxalq təşkilatlar qarşısında Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı məsələlərin qaldırılmasına da hüquqi zəmin yaradacaq.

Afət ZİYADQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
144
1
operativmm.az

2Источники