RU

Azərbaycan kosmik fəzaya çıxarılan obyektlərin geri qaytarılması haqqında Sazişə qoşulur

Bakı. Trend:

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişəqoşulacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.

Bildirlib ki, “Kosmonavtların xilas edilməsi, kosmonavtlarıngeri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geriqaytarılması haqqında Saziş” kosmik gəminin şəxsi heyətinin qəzayauğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alanTərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcəkmünasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur.

Sazişdə kosmonavtlara mümkün olan bütün yardımlarıngöstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s.məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib.

Sazişdə qəza, fəlakət, təcili və ya gözlənilmədən eniş səbəbiilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirləringörülməsi öhdəliyi müəyyənləşir, Razılığa gələn Tərəflərin üzərinəbu barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin dərhalməlumatlandırılması vəzifəsi qoyulur.

Saziş 1968-ci il aprelin 22-də imzalanıb, həmin il dekabrın 3-dəqüvvəyə minib.

"Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılmasıvə kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqındaSaziş"ə qoşulmaq barədə qanun layihəsi səsverməyə qoyularaqbir oxunuşda qəbul edilib.

Избранный
47
12
az.trend.az

3Источники