RU

Maliyyə institutları tərəfindən məlumatların verilməsi qaydalarında dəyişiklik edilir

Bakı. Trend:

Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların vəsənədlərin verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki vəhüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətlərigöstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdətutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyənedilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həminməlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunundəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədəməlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 günmüddətində şəxs tərəfindən maliyyə institutuna təqdimedilməlidir.

Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuşməlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlikstatusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatlarınvə sənədlərin yuxarıda müəyyən edilmiş müddətdə təqdim edilməməsinəgörə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati XətalarMəcəlləsinə müvafiq olaraq həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Избранный
77
3
az.trend.az

1Источники