RU

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib

Bakı, 16 dekabr, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 16-da Bakıda “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri burada İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsini dərin ehtiramla anıb, kompleksin önünə gül dəstələri qoyub.

Sonra qonaqlar Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, görkəmli kəşfiyyatçının xatirəsi ehtiramla anılıb.

Избранный
100
1
azertag.az

2Источники