RU

Türkiyənin "Qəzəb"i Fransanı dəhşətə gətirdi: Hətta poladı da əridə bilər

Fransa mediası Türkiyənin ən güclü ənənəvi təyyarə bombası olan "Qəzəb" barədə təəccüblü qiymətləndirmələr aparıb.

Publika.az xəbər verir ki, bu barədə "Science Post" qəzeti məqalə dərc edib.

Məqalədə Türkiyənin müdafiə sənayesində çatdığı səviyyənin hərbi balanslara təsir edə biləcəyi vurğulanıb.

"Pilotsuz uçuş aparatları və müdafiə sistemlərindəki uğurundan sonra Türkiyə artıq ənənəvi silahlarda qlobal kritik həddi keçib. Bu silah atom və ya hidrogen bombası deyil, lakin dağıdıcı gücü baxımından nüvə silahlarını xatırladan nəticələr verə bilər. Təxminən 970 kq ağırlığında olan bomba 3000 dərəcəyə qədər temperatur yarada, bu istilik hətta beton və poladı da əridə bilər", - qəzetdə qeyd olunub.

Избранный
36
publika.az

1Источники