Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sabunçu rayonunda evdən oğurluq edilib.
APA xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.