RU

Bricit Makron üzr istədi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron, feministlərə yönəlik ifadələrinə görə üzr istəyib.

"Cebheinfo.az" xəbər verir ki, Bricit Makron Fransada yayımlanan “Brut” kanalına danışıb:

“Əgər zərər çəkmiş qadınları incitmişəmsə, üzr istəyirəm. Mənim düşündüyüm yalnız onlar və sadəcə onlardır”. O, sözlərinin orada olan “dörd nəfərə” yönəldiyini də əlavə edib.Onun sözlərinə görə, peşman olmadığını vurğulayıb: 

“Peşman ola bilmərəm. Mən doğrudan da prezidentin həyat yoldaşı ola bilərəm, amma hər şeydən əvvəl özüməm”.Keçən həftə Parisdə #NousToutes kollektivindən olan feminist aktivistlər komediyaçı Ari Abittanın Folies Bergeredəki çıxışını etirazla qarşılayıblar.

Onlar “təcavüzkar” yazılmış maskalar taxaraq “Abittan təcavüzkardır” şüarları səsləndiriblər.Abittan 2021-ci ildə birlikdə olduğu bir qadın tərəfindən cinsi təcavüzdə ittiham olunmuş, üç il davam edən istintaqdan sonra işi məhkəmə rədd etmiş və bu qərar yanvar ayında apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənmişdi. Abittanın səhnəyə qayıdışı feminist qruplar tərəfindən tənqid olunurdu.

Etirazdan bir gün sonra Bricit Makron qızı Tiphaine Auziere ilə birlikdə Abittanın çıxışını izləməyə gedib.Tamaşadan əvvəl səhnəarxasında komediyaçı qorxduğunu etiraf etdikdə, Makron gülərək “Əgər orada axmaq fahişələr varsa, onları bayıra atacağıq” deyib.

Bricit Makronun bu sözləri Fransada feminist aktivistlərə geniş dəstək dalğası yaradıb.Çox sayda aktyor və tanınmış şəxs sosial mediada “Mən də bir pis fahişəyəm” ifadəsi ilə paylaşım edərək həmrəylik nümayiş etdirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
116
1
cebheinfo.az

2Источники