RU

Bricit Makron “əxlaqsız” dediyi qadınlardan üzr istəməli oldu

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron feministlərə yönəlik ifadələrinə görə üzr istəyib. 

"Cebheinfo.az" xəbər verir ki, B.Makron Fransada yayımlanan “Brut“ kanalına danışıb: 

“Əgər zərər çəkmiş qadınları incitmişəmsə, üzr istəyirəm. Mənim düşündüyüm yalnız onlar və sadəcə onlardır”. O, sözlərinin orada olan “dörd nəfərə” yönəldiyini də əlavə edib. Bricit Makron eyni zamanda, sözlərinə görə peşman olmadığını vurğulayıb: “Peşman ola bilmərəm. Mən doğrudan da Prezidentin həyat yoldaşı ola bilərəm, amma hər şeydən əvvəl özüməm”.

Xatırladaq ki, keçən həftə Parisdə “NousToutes” kollektivindən olan feminist aktivistlər komediyaçı Ari Abittanın Folies Bergeredəki çıxışını etirazla qarşılayıblar. Onlar “təcavüzkar” yazılmış maskalar taxaraq “Abittan təcavüzkardır” şüarları səsləndiriblər. 

Abittan 2021-ci ildə birlikdə olduğu bir qadın tərəfindən cinsi təcavüzdə ittiham olunmuş, üç il davam edən istintaqdan sonra məhkəmə işi  rədd etmiş və bu qərar yanvar ayında apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənmişdi. Abittanın səhnəyə qayıdışı feminist qruplar tərəfindən tənqid olunurdu. 

Etirazdan bir gün sonra B. Makron qızı ilə birlikdə Abittanın çıxışını izləməyə gedib. Tamaşadan əvvəl səhnə arxasında komediyaçı qorxduğunu etiraf etdikdə, xanım Makron gülərək “Əgər orada axmaq fahişələr varsa, onları bayıra atacağıq”,- deyib. B.

Makronun bu sözləri Fransada feminist aktivistlərə geniş dəstək dalğası yaradıb. Çox sayda aktyor və tanınmış şəxs sosial mediada “Mən də bir pis fahişəyəm” ifadəsi ilə paylaşım edərək həmrəylik nümayiş etdirib. 

Избранный
47
1
cebheinfo.az

2Источники