RU

Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb

ain.az bildirir, Reyting.az portalına istinadən.

"Milli Şura"nın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Reyting.az "Trend"-ə istinadla xəbr verir ki, o, "Ramiz Mehdiyev işi" ilə bağlı DTX-də davam edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün dəvət olunub.

Xatırladaq ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılmışdı. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də dindirilmişdi. Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
5
reyting.az

6Источники