RU

Macarıstan Ukraynanı maliyyələşdirmək üçün bir sent də verməyəcək



Macarıstan Ukraynanın maliyyələşdirilməsinə bir sent də ianə etməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Macar nazir həmçinin, ölkəsinin Qərbdə dondurulmuş Rusiya aktivlərinin bu məqsədlə istifadəsinə etiraz etdiyini söyləyib.

O, 15 dekabrda Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya böyük məbləğdə pul göndərməyin zəruriliyi barədə fanatik söhbətlər aparıldığını deyib.

XİN rəhbərinin sözlərinə görə, Aİ liderləri bu metoddan istifadə edərək Ukrayna üçün 200 milyard avrodan çox vəsait toplamaq istəyirlər:

"Bunun 120 milyard avrosu Ukrayna ordusunun silahlandırılmasına və müharibə zamanı onun saxlanmasına xərclənəcək".

Cavid
Избранный
99
1
newscenter.az

2Источники