RU

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Bakıya səfəri çərçivəsində İsrail Dövlətinin Maliyyə Nazirliyində Şimal və Cənubun Bərpasına cavabdeh nazir, eyni zamanda Azərbaycan–İsrail Birgə Komissiyasının həmsədri cənab Zeev Elkin, Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Birgə Komissiyanın digər həmsədri cənab Mikayıl Cabbarov ilə görüş keçirib.

Görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krausz da iştirak edib.

Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının fəaliyyəti, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Избранный
39
4
apa.az

5Источники