RU

CHP sədri millət vəkilinin məzarı başında içki məclisi qurdu - "Onun vəsiyyəti idi"

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və CHP Malatya millət vəkili Vəli Ağbabanın 2016-cı ildə vəfat etmiş keçmiş Tunceli millət vəkili Kamer Gençin məzarında spirtli içki içməsinə dair görüntülər yayılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 il öncə qeydə alınan görüntülərin ortaya çıxması ictimaiyyətdə müzakirələrə səbəb olub.

Reaksiyalardan sonra Vəli Ağbaba jurnalist Fatih Atikə verdiyi açıqlamada məzar başındakı hadisələri müdafiə edərək, bunun Kamer Gençin vəsiyyəti olduğunu iddia edib.

Gençin ailəsi isə iddiaya sərt reaksiya verib. Ailə adından verilən açıqlamada belə bir vəsiyyətdən xəbərsiz olduqları və sözügedən görüntüləri ictimaiyyətlə birlikdə ilk dəfə izlədikləri bildirilib. Ailə üzvləri Gençin inanclarına sadiq bir insan olduğunu və onun məzar başında belə bir davranış tələb etməsinin mümkün olmadığını qeyd ediblər.

Избранный
112
publika.az

1Источники