RU

Rəşad Dağlı amnistiyaya düşəcək? - Açıqlama

Xəbər verdiyimiz kimi, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub.

Hurriyyet.az xəbər verir ki, insanları hazırda həbsdə olan məşhurlar arasında ən çox maraqlandıranlardan biri meyxanaçı Rəşad Dağlıdır.

Hüquqşünas Daşqın Qənbərov Ajans.az-a açıqlamasında Rəşad Dağlıya ağır cinayət törətdiyi üçün güzəşt edilməyəcəyini bildirib:

"Amnistiya aktının layihəsində aydın şəkildə göstərilir ki, ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə münasibətdə tətbiq edilə bilər. Lakin Rəşad Dağlı isə qəsdən törədilmiş ağır cinayətdə ittiham olunduğundan ona bu amnistiya aktı ilə hər hansı güzəştin ediləcəyi gözlənilə bilməz".

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ilin noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

Избранный
119
2
hurriyyet.az

4Источники