RU

Noyabrda 8 milyon insana tibbi xidmət göstərilib

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin noyabr ayı ərzində ümumilikdə 2 223 432 müraciət qeydə alınıb. 

Bu barədə “Cebheinfo.az”-a TƏBİB-dən məlumat daxil olub. 

Bildirilir ki, bunlardan 44 549-u stasionar, 2 178 883-ü ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 11 % artım qeydə alınıb. 

Noyabr ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 232 492 tibbi xidmət göstərilib. Onlardan 1 049 711-i stasionar, 7 182 781-i ambulator olub.

Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 % artıb. Ay ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 32 383 (30 368 stasionar, 2 015 ambulator) olub. 

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 652 026 sayda laborator müayinələr aparılıb ki, onların da 547 378-i stasionar, 3 104 648-i ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 23 % artım qeydə alınıb.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
119
1
cebheinfo.az

2Источники