RU

İranlı molladan qadınlarla bağlı maraqlı açıqlama: "Kaş spirtli içki içərdiniz, amma hicab taxardınız" - VİDEO

İranlı din xadimi Əli Əşrəf Moayedi qadınlar və qızlar haqqında açıqlamaları ilə müzakirə dalğasına səbəb olub.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

O öz çıxışında hicab geyinməyən qadınlara müraciət edib və onların bu davranışları ilə "özləri üçün hansı insan hüquqları yaratdıqlarını başa düşmədiklərini" iddia edib.

"Yaxşı olardı ki, siz alkoqol aludəçisi olardınız və qadağan olunmuş məhsullarla qidalanardınız, amma hicab taxardınız. O zaman siz özünüz üçün bütün insan hüquqlarınızı qazanmış olardınız. Ölüm yaxınlaşanda isə görəcəksiniz ki, qaçış üçün yol yoxdur", - deyə hökumətə yaxın olan molla sərt və ziddiyyətli formada bəyan edib.

Qeyd edək ki, iranlı qadınlar illərdir məcburi hicab siyasəti və dövlət zorakılığı ilə üzləşirlər. Bu fonda hökumətyönlü ruhanilər tərəfindən bu cür təhqiramiz və kinayəli açıqlamalar rejimin qadın hüquqları və azadlıqları ilə bağlı ikili standartlarını bir daha açıq şəkildə nümayiş etdirir.

Избранный
125
moderator.az

1Источники