RU

Sürətlə yayılır: Artıq 30 ölkədə var

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

H3N2 qrip virusu sürətlə yayılır və artıq 30 ölkədə aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu ÜST-ün Epidemiya və Pandemiyaya qarşı Mübarizə Departamentinin Qlobal Tənəffüs Təhlükələri Bölməsinin rəhbəri Vençinq Çjan brifinqdə bildirib. 

"Biz A(H3N2) virusunun J.2.4.1 və ya “K” adlandırılan yeni bir alt qrupunun ortaya çıxmasını və sürətlə yayılmasını görürük. “K” alt qrup virusu ilk dəfə avqust ayında Avstraliya və Yeni Zelandiyada aşkar edilib və o vaxtdan bəri Cənubi Amerika istisna olmaqla, dünyanın 30-dan çox ölkəsində aşkar edilib", - deyə o bildirib.

Eyni zamanda, o qeyd edib ki, mövcud epidemioloji məlumatlar xəstəliyin şiddətində artım göstərmir, amma bu genetik dəyişikliklər əhəmiyyətli virus təkamülünü göstərir. O, qrip viruslarının sürətlə mutasiyaya uğradığını vurğulayıb: 

“Buna görə də qrip peyvəndini müntəzəm olaraq yeniləmək lazımdır”.

ÜST-ün məlumatına görə, qlobal qrip halları bu mövsüm hələ də gözlənilən səviyyə daxilindədir, lakin bəzi ölkələrdə oktyabr ayında başlayan və sürətlə epidemiya səviyyələrinə çatan qrip mövsümünün erkən başlanğıcı yaşanır.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

qrip virusu 30 ölkə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
149
1
cebheinfo.az

2Источники